
Bakı. Trend:
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq müzakirə
edilib.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X”
hesabında paylaşım edib.
“İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində
İran İslam Respublikasının iqtisadi işlər və maliyyə nazirinin
müavini, İranın İnvestisiya, İqtisadi və Texniki Yardım
Təşkilatının (OIETAI) prezidenti Mehdi Heydəri ilə görüşdük.
Ölkələrimiz arasında iqtisadi münasibətlərin cari vəziyyəti,
ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlıq, həmçinin
biznes əlaqələrinin daha da gücləndirilməsi imkanları barədə
fikirlərimizi bölüşdük”, – paylaşımda qeyd edilib.

