İran XİN rəsmisi ABŞ-yi Hörmüz boğazı razılaşmasını pozmaqda günahlandırıb

Baş səhifə

Bakı. Trend:

ABŞ hakimiyyəti Tehranla razılaşmaları pozaraq Hörmüz boğazından
gəmilər üçün yeni bir marşrut açmağa çalışıb.

Bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi
bildirib.

“ABŞ, anlaşma memorandumunun parametrlərini pozan metodlardan
istifadə edərək, Hörmüz boğazının cənub marşrutunu açmaq üçün
təzyiq göstərib”, – deyə o bildirib.




Diplomatın sözlərinə görə, İran bu cür hərəkətləri qəbuledilməz
hesab edir.

İran xarici işlər nazirinin müavini xəbərdarlıq edib ki, Tehran
ABŞ-nin son günlərdə ölkəyə endirdiyi zərbələrə görə qisas
alacaq.