“Bizim də gözümüz yollardan yığıldı” –

Baş səhifə

Xəbər verdiyimiz kimi, Ucar rayonu Boyat kəndində Birinci Qarabağ müharibəsi şəhidi son mənzilə yola salınıb.

Şəhid Musayev Dəyanət Salik oğlunun əmisi oğlu Metbuat.az-a açıqlamasında bildirib ki, nəhayət 33 ildən sonra onların gözü yollardan yığıldı.

O qeyd edib ki, 33 ildən sonra şəhidin dəfni baş tutub:

“Uşaqlığımız onunla bir keçib. Bizim də gözümüz yollardan yığıldı. Kəlbəcər rayonu Yanışaq kəndi istiqamətində 1993-cü il fevral ayının 14-də Murov əməliyyatında itkin düşmüşdü. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Xatırladaq ki, itkin-şəhid Dəyanət Musayev Ucar rayon Boyat kənd qəbiristanlığında dəfn edilib.

Davud Tarverdiyev / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.