DÇ-2026-da yeni rekord qırıldı

Baş səhifə

2026-cı il dünya çempionatında avtoqol rekordu qeydə alınıb.

Modern.az xəbər verir ki, rekord Avstraliya – Misir matçında yenilənib.

Qarşılaşmanın ikinci hissəsində Misir millisinin müdafiəçisi Məhəmməd Hani topu öz qapısından keçirib. Bununla da DÇ-2026-da avtoqolların sayı 13-ə çatıb.

“Opta Sports”un məlumatına görə, bu göstərici dünya çempionatları tarixində yeni rekorddur. Əvvəlki rekord 2018-ci ildə Rusiyada keçirilən mundialda qeydə alınmışdı. Həmin turnirdə ümumilikdə 12 avtoqol vurulmuşdu.

Qeyd edək ki, Avstraliya – Misir matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Misir ilk hissədə İmam Aşurun qolu ilə önə keçsə də, ikinci hissədə avtoqolla hesab bərabərləşib.