
Bakı. Trend:
2026-cı il futbol üzrə dünya çempionatının 1/16 final
mərhələsində Argentina və Kabo-Verde yığmaları üz-üzə gəlib.
ABŞ-nin Mayami şəhərində yerləşən “Hard Rock” stadionunda
keçirilən qarşılaşmanı kanadalı baş hakim Dryu Fişerin rəhbərlik
etdiyi hakimlər briqadası idarə edib. Gərgin mübarizə şəraitində
keçən oyunda Argentina millisi 3:2 hesablı qələbə qazanıb.
Hesabı oyunun 29-cu dəqiqəsində müdafiəçi Lisandro Martinesin
ötürməsindən sonra hücumçu Lionel Messi açıb. Kabo-Verde yığması
59-cu dəqiqədə yarımmüdafiəçi Deroy Duartenin qolu ilə tarazlığı
bərpa edib.
Əlavə vaxtda 92-ci dəqiqədə künc zərbəsindən sonra Lisandro
Martines Argentinanı yenidən önə keçirib. Lakin 103-cü dəqiqədə
Kabo-Verdenin müdafiəçisi Sidni Lopeş Kabral hesabı yenidən
bərabərləşdirib. Qarşılaşmanın taleyini isə 111-ci dəqiqədə Lionel
Messinin yerinə yetirdiyi künc zərbəsindən sonra müdafiəçi Diney
Borjeşin avtoqolu həll edib.
Bu qələbə sayəsində Argentina yığması dünya çempionatının 1/8
finalına yüksəlib. Turnirin növbəti mərhələsində son dünya çempionu
Misir millisi ilə qarşılaşacaq. Kabo-Verde yığması isə mundialla
vidalaşıb.

