Tramp ABŞ-nin gələcəyi ilə bağlı planlarını açıqladı

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Amerikanı daha qüdrətli və daha
güclü etməyə söz verib.

Ağ Ev rəhbəri ölkəsinin müstəqillik günü münasibətilə Raşmor
dağı qarşısında etdiyi çıxışda bu barədə danışıb.




“Biz birlikdə Amerikanı (bütün dövlətlərdən) daha qüdrətli, daha
yaxşı, daha güclü edəcəyik. Mən bunu sizə söz verirəm”,-deyə
amerikalı lider xalqını müstəqilliyin 250-ci ildönümü münasibətilə
təbrik edib.

ABŞ-da 4 İyul – Müstəqillik Günü (Independence Day) ölkənin əsas
milli bayramıdır. 1776-cı il iyulun 4-də Amerika Birləşmiş
Ştatlarının İstiqlal Bəyannaməsinin qəbulu təsdiqlənərək 13
Britaniya koloniyasının müstəqil dövlətlər olduğunu elan etdi və bu
tarix ABŞ-ın yaranmasının rəmzi hesab olunur. Hər il ölkə üzrə
paradlar, atəşfəşanlıqlar, konsertlər və müxtəlif tədbirlərlə qeyd
olunan bu bayram Amerika tarixində azadlıq və dövlətçilik
ənənələrinin simvolu sayılır.