
Bakı. Trend:
Argentina millisinin baş məşqçisi Lionel Skaloni yubiley matçını
keçirib.
Statistikalara əsasən, DÇ-2026-nın 1/16 finalında Kabo-Verde ilə
qarşılaşma 48 yaşlı mütəxəssisin yığmanın sükanı arxasında 100-cü
oyunu olub.
Skaloni 2018-ci ildən Argentina millisini çalışdırır. Onun
rəhbərliyi altında komanda 100 oyunun 73-də qələbə qazanıb, 18
heç-heçə edib və 9 dəfə məğlub olub. Top fərqi isə 209:52-dir.
Bu müddətdə Argentina millisi 4 titul əldə edib. Komanda 2021 və
2024-cü illərdə Amerika Kubokunu, Finalissima turnirini və 2022-ci
il dünya çempionatını qazanıb.
Skaloninin dövründə yığmanın ən məhsuldar futbolçusu 59 qolla
Lionel Messi olub.
Qeyd edək ki, Argentina millisində oyun sayı (127) və qələbə
sayı (85) rekordları 1939-1960-cı illərdə komandaya rəhbərlik etmiş
Gilyermo Stabileyə məxsusdur.

