
Bakı. Trend:
“Fənərbağça” müdafiəçi Nathan Ake ilə müqavilə imzaladığını
rəsmən açıqlayıb.
31 yaşlı Niderland millisinin üzvü “Mançester Siti”dən ayrılıb.
Onun “şəhərlilər”lə olan müqaviləsi 2027-ci ilə qədər nəzərdə
tutulmuşdu.
Qeyd edək ki, Ake cari mövsümdə Premyer Liqada 18 matçda meydana
çıxıb və məhsuldar göstərici ilə yadda qalmayıb.

