İtkin şəhid Möysüm Əliyev Füzulidə dəfn olunub (FOTO)

Baş səhifə

Füzuli. Trend:

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Möysüm Murad
oğlu Əliyevin nəşi Füzuli rayonunun İkinci Mahmudlu kənd
qəbiristanlığında torpağa tapşırılıb.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə, dəfn mərasimindən əvvəl şəhidlə
vida mərasimi keçirilib, cənazə namazı qılınıb. Mərasimdə şəhidin
ailə üzvləri, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri,
hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular,
müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri
iştirak ediblər.

Vida mərasimindən sonra şəhid hərbi orkestrin müşayiəti və
yaylım atəşi altında son mənzilə yola salınıb.




Möysüm Murad oğlu Əliyev 1973-cü ildə Füzuli rayonunda anadan
olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib
və 1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi
istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.

Aparılan eyniləşdirmə tədbirləri nəticəsində şəhidin şəxsiyyəti
müəyyən edilib. Bununla da Möysüm Əliyev Birinci Qarabağ
müharibəsində itkin düşmüş hesab olunan, şəxsiyyəti
müəyyənləşdirilərək doğma yurdunda dəfn edilən şəhidlərdən
biridir.