
Bakı. Trend:
Polşalı hücumçu Robert Levandovski Şimali Amerikanın Əsas Futbol
Liqasının (MLS) “Çikaqo Fayr” klubu ilə müqavilə imzalayacaq.
Bu barədə jurnalist Fabrisio Romano “X” sosial şəbəkəsindəki
səhifəsində məlumat yayıb.
Bildirilib ki, müqavilə gələn həftənin əvvəlində
rəsmiləşdiriləcək. İki həftə əvvəl polşalı futbolçu Çikaqoda klubun
baş qərargahında keçirilən danışıqlarda iştirak edib.

