
Bakı. Trend:
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet
saytında dərc edilib.
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında
Əsasnamə”də dəyişiklik edilməsi barədə Prezidentin Fərmanına
əsasən, səhiyyə nazirinin müavinlərinin sayı 3-dən 4-ə
artırılıb.

