
Bakı.Trend:
Nazir Rəşad Nəbiyevin Xaçmazda keçiriləcək vətəndaş qəbulunun
vaxtı dəyişib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN)
Mətbuat xidməti məlumat yayıb.
“Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin 3 iyul
2026-cı il tarixində saat 09:00-da Xaçmaz şəhərində yerləşən Tarix
Diyarşünaslıq Muzeyində Quba, Qusar və Xaçmaz rayonlarının
sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu təxirə
salınıb.
Qəbulun tarixi barədə əvvəlcədən ictimaiyyətə məlumat
veriləcək”,-deyə RİNN-in Mətbuat xidmətindən əlavə edilib.

