Paşinyan Mişustinlə görüşüb

Baş səhifə

Bakı.Trend:

Rusiyanın Baş naziri Mixail Mişustin beynəlxalq “İnnoprom”
sənaye sərgisi çərçivəsində Yekaterinburq şəhərində Ermənistanın
Baş naziri Nikol Paşinyan ilə görüş keçirib.

Bu barədə Rusiya KİV məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və
qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Rusiya nümayəndə heyətinin tərkibində baş nazirin müavini
Aleksey Overçuk, Kənd Təsərrüfatı Sahəsində Baytarlıq və
Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”)
rəhbəri Sergey Dankvert, “Rosatomun” baş direktoru Aleksey Lixaçov,
Rusiya Dəmir Yolları (RJD) şirkətinin rəhbəri Oleq Belozyorov və
başqa rəsmilər yer alıblar.

Bundan əvvəl Mişustin və Paşinyan sərginin plenar iclasında
iştirak ediblər. Sessiyanın mövzusu “Sənaye 360” olub.

Qeyd edək ki, Paşinyan iyulun 6-da işgüzar səfərlə Yekaterinburq
şəhərinə gəlib. Bu, Ermənistanda keçirilmiş parlament seçkilərindən
sonra Ermənistan baş nazirinin Rusiyaya ilk səfəridir.