Bədavi “Qarabağ”da qaldı

Baş səhifə

“Qarabağ” futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb.

Klubdan Metbuat.az-a bildirilib ki, Azərbaycan millisinin müdafiəçisi ilə yeni bir illik sözləşmə imzalanıb. Razılaşmaya əsasən, Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq.

2012-ci ildən “Qarabağ”ın formasını geyinən Hüseynov komandanın heyətində Premyer Liqada 267 oyunda 5 qol vurub. O, Ağdam təmsilçisi ilə 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub, millidə 82 matçda 1 dəfə fərqlənib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.