Qəbul imtahanlarında bu şəhərin abituriyentləri liderdir

Baş səhifə

Bakı. Trend:

Təhlillər göstərir ki, böyük şəhərlər arasında ali təhsil
müəssisələrinə qəbul göstəricilərinə görə Sumqayıt abituriyentləri
üstün mövqedədir.

Bunu Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci
nömrəsi əsasında Trend.az müxbiri müəyyən edib.




“Sumqayıtdan imtahanlarda iştirak edən 2759 oğlan abituriyentin
44,26 faizi, 2720 qız abituriyentin isə 49,85 faizi ali təhsil
müəssisələrinə qəbul olunub. Müqayisə üçün qeyd edək ki, respublika
üzrə qəbul göstəricisi oğlanlar arasında 37,03 faiz, qızlar
arasında isə 41,91 faiz təşkil edib”, Trend.az müxbirinin nəzərdən
keçirdiyi həmin nəşrdən belə görünür.

Dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul
göstəricilərinin müqayisəsi də Sumqayıtın üstünlüyünü ortaya qoyur.
Şəhərdən olan oğlan abituriyentlərin 27,87 faizi, qız
abituriyentlərin isə 29,74 faizi dövlət büdcəsi hesabına
maliyyələşdirilən plan yerlərinə qəbul olub ki, bu da respublikanın
digər böyük şəhərlərinin müvafiq göstəricilərindən yüksəkdir”, – bu
da jurnalda yer alan təhlillərdən aydın olur.