BVF Pakistana 1,2 milyard dollar həcmində kredit ayıracaq

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) çərşənbə günü Pakistana 1,2
milyard dollar vəsaitin ayrılmasını təsdiqləyib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Qeyd olunan maliyyə tranşı ölkəyə son illərin ən ağır iqtisadi
böhranlarından birindən çıxış yolunu tapmaq məqsədilə
gerçəkləşib.




BVF-nin yaydığı bəyanatda bildirilib ki, Fondun rəyasət heyəti
Pakistanın iqtisadi proqramlarının iki icmalını tamamlayıb, əsas
kredit mexanizmi çərçivəsində təxminən 1 milyard dollar əsas kredit
və iqlimlə bağlı proqram çərçivəsində ayrıac olaraq 200 milyon
dolların verilməsini təsdiqləyib.

Son təsdiq daxil olmaqla Pakistan keçən ildən bəri BVF-dən
ümumilikdə təxminən 3,3 milyard dollar vəsait alıb. İslamabad
razılaşdırılmış şərtlərə əməl etdikdə, nəzərdə tutulan vəsaiti 37
ay ərzində hissəli tranşlar şəklində alacaq.