
“Real Madrid” klubu “Bavariya”nın futbolçusu Maykl Olisenin xidmətində maraqlıdır.
Metbuat.az xəbər verir ki, Madrid təmsilçisinin oyunçunu heyətinə qatmaq üçün yüksək məbləğli təklif irəli sürməyə hazırlaşdığı bildirilir. Məlumata görə, 200 milyon avro civarında dəyərləndirilən transferin danışıqların gedişində 220 milyon avroya qədər yüksələ biləcəyi istisna edilmir. Bildirilir ki, bu transfer reallaşacağı təqdirdə Olise “Real Madrid” tarixində ən bahalı futbolçu olacaq. Eyni zamanda bu keçid futbol tarixinin rekord transferləri sırasında Neymarın 222 milyon avroluq göstəricisinə çox yaxın ikinci ən böyük anlaşma kimi qeydə düşə bilər.
Bununla belə, “Bavariya” tərəfi futbolçunun satışının gündəmdə olmadığını bildirir.

