İsrail Hizbullaha qarşı əməliyyatlarıdavam etdirəcək

Baş səhifə

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı təhlükəsizlik
zonasında Livanın Hizbullah qruplaşmasına qarşı əməliyyatlarını
davam etdirəcəyini açıqlayıb.

Bəyanatda deyilir ki, əməliyyat tələblərinə uyğun olaraq, İsrail
Müdafiə Qüvvələri Livan ərazisinin təxminən 10 kilometrliyində
təhlükəsiz zonada yerləşdirilib. İsrail Müdafiə Qüvvələrinin
qoşunları Livanın cənubunda mövqe tutur və təhdidləri aradan
qaldırmağa və İsrailin şimalındakı sakinlərin müdafiəsini
gücləndirməyə davam edəcək.




Bu həftənin əvvəlində ABŞ və İran Livan da daxil olmaqla, bütün
cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasına çağıran
anlaşma memorandumu imzalayacaqlarını edlan ediblər. İsrail
memorandum üzrə danışıqlarda iştirak etməyib.