
Bakı. Trend:
Slovakiyanın Baş naziri Robert Fitso Ukraynaya təhvil verilmiş
hərbi texnikanın dəyərinin ödənilməsi məsələsini Avropa
Komissiyasının sədri Ursula fon der Lyayenlə müzakirə etməyi
planlaşdırır.
Trend xəbər verir ki, “Aktuality” nəşrinin yaydığı məlumata görə, Slovakiya hökumətinin
başçısı bu mövzunu cari ay keçiriləcək Avropa İttifaqının növbəti
sammitində gündəmə gətirəcək.
Fitso bildirib ki, ölkə ciddi maliyyə resursları çatışmazlığı
ilə üzləşib və bəzi layihələr üçün ayrılmış vəsaitlər sonradan
Ukraynaya yönləndirilib.
Onun sözlərinə görə, məhz bu səbəbdən Bratislava Ukraynaya
verilən hərbi yardımın kompensasiya olunması məsələsinin nəzərdən
keçirilməsini vacib hesab edir.

