
Bakı. Trend:
Yasamal rayonunun bir sıra ərazilərində su təchizatında problem
yaranıb.
Sakinlərin Trend-ə
verdiyi məlumata görə, son bir neçə saatdır ki, rayonun müxtəlif
hissələrində, o cümlədən Hüseyn Cavid prospektində içməli suyun
verilişi dayandırılıb.
Vətəndaşlar bildiriblər ki, su təchizatındakı fasilə gündəlik
məişət ehtiyaclarının qarşılanmasında çətinliklər yaradıb.
Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Azərbaycan
Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Mətbuat Xidmətindən su
təchizatında yaranmış problemin olduğu təsdiqlənib.
Qurumdan bildirilib ki, hazırda bəzi ərazilərdə suyun
verilişində məhdudiyyət müşahidə olunur. Lakin problemin yaranma
səbəbi və su təchizatının nə vaxt bərpa ediləcəyi barədə əlavə
məlumat verilməyib.

