
Bakı. Trend:
Almaniyanın müdafiə naziri Boris Pistorius Bundesverin (Almaniya
Silahlı Qüvvələrinin) dronlardan müdafiə hazırlığının artırılmasına
böyük sərmayə qoymaq planlarını açıqlayıb.
Bu barədə “DPA” agentliyi xəbər verib.
“Bu günlərdə PUA-lar üzrə fəaliyyət planı hazırlayırıq”, – deyə
müdafiə naziri Frislandiyada (Aşağı Saksoniya vilayəti) qoşunları
ziyarət edərkən bildirib.
Nazir qeyd edib ki, bu plan artıq həyata keçirilməkdə olan bir
sıra tədbirləri əhatə edir. “Bu o deməkdir ki, onilliyin sonuna
qədər bu sektora təxminən 16 milyard avro investisiya qoymağı
planlaşdırırıq”, – deyə nazir vurğulayıb.
“Biz kəşfiyyat dronları, hücum dronları, eləcə də dron
hücumlarını dəf edə bilən aktivlər – yəni bütün spektri alırıq”, –
deyə o bildirib.

