Britaniya, Almaniya, İtaliya və Fransa İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya, Almaniya, İtaliya və Fransa İran və ABŞ
arasında əldə edilən razılaşmanı alqışlayıblar.

Bu barədə dörd Avropa ölkəsi liderlərinin birgə bəyanatında
bildirilib.




Onlar Tehranın nüvə fəaliyyətini açıq şəkildə davam etdirəcəyi
təqdirdə ona qarşı sanksiyaları ləğv etməyə hazır olduqlarını
bildiriblər.

Sənədə əsasən, “Dördlük Qrupu” ölkələri İranın nüvə proqramı ilə
bağlı “aydın və təsdiqlənə bilən hərəkətlərinə” cavab olaraq
sanksiyaları ləğv etməyə hazırdırlar. Böyük Britaniya, Almaniya,
İtaliya və Fransa liderləri Tehranın nüvə silahı əldə etməsinin
qarşısını almaq üçün ABŞ, İran və BAEA ilə əməkdaşlığı nəzərdən
keçirdiklərini qeyd etdilər.