Ermənistanla ticarət əlaqələrinin digər sahələrdə də qurulması mümkündür.
Bunu “Report”un sualına cavab olaraq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat təqdim edilərkən deyib.
O qeyd edib ki, Ermənistan tərəfdən müraciət olarsa, Azərbaycan tərəfi buna baxa bilər:
“Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri sıfırdan yaradılır. Neft ixracı təklifi qəbul olundu və ixraca başlandı. Ticarət əlaqələrinin genişləndirilməsini mümkün hesab edirik. Neft ixracı bir tərəfdən müsbət qəbul olunsa da, digər tərəfdən müəyyən narazılıqlarla da qarşılanıb və Ermənistan ictimaiyyətində bunun əleyhinə çağırışlar da var”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

