
2026-cı il dünya çempionatında B qrupunun oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, ev sahiblərindən olan Kanada millisi ilk matçında Bosniya və Herseqovina ilə qarşılaşıb.
Toronto stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Oyunda hesab 21-ci dəqiqədə açılıb. İvan Başiçin künc zərbəsindən ötürməsindən sonra Yovo Lukiç cərimə meydançasında başla dəqiq oynayıb.
İlk hissədə başqa qol vurulmayıb. Fasilədən sonra təşəbbüsü ələ alan meydan sahibləri rəqib qapısı önündə ardıcıl təhlükəli vəziyyətlər yaradıblar. Kanada yığmasının hücumları 79-cu dəqiqədə bəhrəsini verib. Oyuna 3 dəqiqə əvvəl daxil olan Kayl Larin dəqiq zərbə ilə hesabı bərabərləşdirib.
Görüşdə başqa qol olmayıb. Komandalar bu nəticəylə hərəyə 1 xal qazanıblar.
Bu DÇ 2026-da qeydə alınan ilk bərabərlik olub.
DÇ-2026
B qrupu
12 iyun 23:00
Kanada – Bosniya və Herseqovina 1:1
Qol: Lukiç, 21, K. Larin, 79
Kanada:
Maksim Krepo, Alister Conston, Lük de Fuqerol, Derek Kornelius, Riçi Lareya, Tajon Byukenen, İsmail Kone, Stefan Eustakio, Liam Millar, Conatan Devid, Tani Oluvaseyi.
Bosniya və Herseqovina:
Nikola Vasil, Amar Dediç, Nikola Katiç, Tarik Muharemoviç, Sead Kolaşinaç, Esmir Bayraktareviç, İvan Başiç, Benjamin Tahiroviç, Amar Memiç, Ermedin Demiroviç, Yovan Lukiç.

