
Bakı. Trend:
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya
çempionatında daha bir oyun keçirilib.
B qrupunda mundialın ev sahiblərindən olan Kanada millisi
Bosniya və Herseqovina yığması ilə qarşılaşıb. Torontodakı “Bimo
Fild” stadionunda oynanılan görüş 1:1 hesablı heç-heçə ilə
yekunlaşıb.
Hesabı 21-ci dəqiqədə Avropa təmsilçisinin heyətində Yovo Lukiç
açıb. Kanadanın qoluna isə 78-ci dəqiqədə Kayl Larin imza atıb.
Qeyd edək ki, iyunun 13-ü səhər saat 05:00-da D qrupunun ABŞ –
Paraqvay, axşam saat 23:00-da isə B qrupunun Qətər – İsveçrə
oyunları keçiriləcək.
Dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

