
Bakı.Trend:
ABŞ-nin Virciniya ştatının Nyuport-Nyus gəmiqayırma zavodunda
inşası davam edən “John F. Kennedy” aviadaşıyıcısının bir dənizçisi
ötən həftəsonu tərsanədə qətlə yetirilib.
Trend xəbər verir
ki, bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun xəbər portalı məlumat
yayıb.
Hadisə ilə bağlı odlu silahdan istifadə ilə əlaqədar insident”
çərçivəsində digər bir dənizçi saxlanılıb, lakin ona hələ ittiham
irəli sürülməyib. Hərbi qulluqçunun ölümünün səbəbləri üzrə
araşdırma davam edir. Məlumata görə, həlak olan hərbçi 2025-ci ilin
mart ayından etibarən həmin aviadaşıyıcıda xidmət edirdi.
Məlumata görə, aviadaşıyıcı hələ tam inşa olunmasa da, 2019-cu
ildə gəminin heyətinin ən azı 43 dənizçidən ibarət olduğu
bildirilmişdi. “John F. Kennedy”nin inşasına 2015-ci ildə
başlanılıb. Gəminin 2025-ci ildə istismara verilməsi planlaşdırılsa
da, müddət 2027-ci ilin martına qədər uzadılıb. 2026-cı ilin
əvvəlindən etibarən gəmi dəniz sınaqlarından keçirilir.

