
Bakı. Trend:
Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölüm
hallarının sayı 101-ə çatıb.
Trend xəbər verir ki,
bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hazırda virusa yoluxanların sayı 550-yə
yüksəlib.
Konqo Demokratik Respublikasına “Ebola” virusuna qarşı
mübarizədə dəstək göstərmək məqsədilə digər ölkələrdən
mütəxəssislər gəlməyə başlayıblar.

