Rəqib Türkiyənin bu oyunçularından çəkinir

Baş səhifə

Paraqvay yığmasının sabiq futbolçusu Kristian Riveros Türkiyə millisi ilə qarşılaşma öncəsi diqqətçəkən açıqlama verib. O, Türkiyə yığmasının heyətində Arda Güler, Kenan Yıldız və Hakan Çalhanoğlu kimi fərq yarada biləcək futbolçuların olduğunu bildirib.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, keçmiş futbolçu bu üç oyunçunun hücumda böyük təhlükə yaratdığını vurğulayaraq, Paraqvayın uğur qazanmaq üçün ilk növbədə onları zərərsizləşdirməli olduğunu deyib. Onun sözlərinə görə, Türkiyə yığması gənc və keyfiyyətli futbolçulardan formalaşıb.

Sabiq oyunçu Türkiyə millisinə hörmətlə yanaşdıqlarını qeyd edərək, rəqibin güclü tərəflərini yaxşı analiz etmələrinin vacibliyini vurğulayıb. O bildirib ki, Arda Güler, Kenan Yıldız və Hakan Çalhanoğlunu nəzarətsiz qoymaq Paraqvay üçün ciddi problemlər yarada bilər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.