
Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın xarici
işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı
aparılıb.
Trend-in
məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN)
açıqlama yayıb.
Qeyd olunub ki, söhbət zamanı regionda bu gün müşahidə olunan
gərginlik, həmçinin İran və ABŞ arasında davam edən danışıqların
son vəziyyəti müzakirə edilib.

