
Bakı. Trend:
BMT-nin baş katibi Antonio Quterreş oktyabrın 24-25-də Vyetnamda
rəsmi səfərdə olacaq.
Trend-in
məlumatına görə, bu barədə Vyetnam Xarici İşlər Nazirliyi
tərəfindən yayımlanan açıqlamada bildirilib.
“Vyetnam Sosialist Respublikasının (VSR) Prezidenti Lıonq
Kıonqun dəvəti ilə BMT-nin Baş katibi Antonio Quterreş oktyabrın
24-dən 25-dək Vyetnama rəsmi səfər edəcək və BMT-nin
Kibercinayətkarlıq üzrə Konvensiyasının imzalanması mərasimində
iştirak edəcək”, – deyə bildirilib.

