Rusiya Ukrayna ordusunun müdafiəsini belə yarır

Baş səhifə

Dnepropetrovsk vilayətində döyüşlər son beş gündə əhəmiyyətli dərəcədə intensivləşib.

Modern.az xəbər verir ki, bunu Boqdan Xmelnitski briqadasının 3-cü batalyonunun komandiri Oleq Qluşko bildirib.

“Düşmən öz qoşunlarının bir hissəsini Dobropol və Pokrovski istiqamətlərinə yerləşdirməklə təzyiqlərini artırıb”, – o deyib.

Batalyon komandirinin sözlərinə görə, Rusiya qüvvələrinin taktikası da dəyişir: “Ruslar motosikletlərdən istifadə edərək Ukrayna müdafiəsinə dərindən nüfuz edərək hücumlar həyata keçirməyə başlayıblar. Bu, düşmənə qismən uğur gətirib”.