
Bakı. Trend:
Türkiyənin “Fənərbağça” klubunun yeni prezidenti bəlli olub.
Trend-in
məlumatına görə, bu barədə klubun rəsmi saytında bildirilib.
Məlumata əsasən, bu vəzifəyə Əziz Yıldırım seçilib.
Səsvermənin nəticələrinə əsasən, funksioner 17 min 245 səs
toplayaraq, digər namizəd Hakan Safini (9927 səs) böyük fərqlə
üstələyib. O, 8 illik fasilədən sonra yenidən “Fənərbağça”nın
prezidenti olub.

