
Bakı. Trend:
Estoniyanın paytaxtı Tallində keçirilən cüdo üzrə Avropa Açıq
Turniri başa çatıb.
Trend-in
məlumatına görə, Azərbaycan millisi yarışın son günündə daha bir
medal qazanıb. Gültac Məmmədəliyeva (52 kiloqram) bürünc medala
sahib çıxıb. Cüdoçu üçüncü yer uğrunda görüşdə Böyük Britaniya
təmsilçisi Keytlin Barberi məğlub edib.
Xatırladaq ki, turnirin ilk günündə Fidan Əlizadə (63 kiloqram)
gümüş, Madina Kaisinova (+78 kiloqram) isə bürünc medal əldə
etmişdi.

