Gürcüstanda məktəbliləri daşıyan mikroavotbus ağır yol qəzasına düşüb

Baş səhifə

Bakı.Trend:

Rustavi–Tbilisi magistral yolunda məktəb şagirdlərini
ekskursiyaya aparan mikroavtobusun iştirakı ilə ağır yol nəqliyyat
hadisəsi baş verib.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.

İlkin məlumata görə, yüksək sürətlə hərəkət edən “Mercedes”
markalı avtomobil qarşıda gedən marşrut mikroavtobusuna çırpılıb.
Zərbənin təsirindən marşrut mikroavtobusu məktəbliləri daşıyan
digər mikroavtobusla toqquşub.




Mikroavtobusda Qardabani bələdiyyəsinin Kesalo kənd məktəbinin
17 şagirdi olub. Bir neçə uşaq xəsarətlər alıb. Onlar müayinə və
tibbi yardım göstərilməsi üçün tibb müəssisələrinə
çatdırılıblar.

Qəza nəticəsində mikroavtobuslardan birinin sürücüsü həlak olub.
Hadisənin digər təfərrüatları araşdırılır.