Soydaşımız Polşada faciəvi şəkildə öldü

Baş səhifə

Gürcüstanın Bolnisi rayonundan olan azərbaycanlı gənc Elvar Sarıyev Polşada faciəvi şəkildə həyatını itirib.

Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, o, göldə boğularaq dünyasını dəyişib.

Bildirilib ki, Elvar Sarıyev Polşaya işləmək məqsədilə gedib.

Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar barədə hələlik əlavə məlumat açıqlanmayıb. Araşdırmalar davam edir.