Nazir: Bu günədək 104 435 müəllim sertifikatlaşdırma prosesində iştirak edib

Baş səhifə

İlk dəfə bütün müəllimlər sertifikatlaşdırmadan keçib.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, müəllimlərin sertifikatlaşdırılması islahatı Azərbaycan təhsilinin keyfiyyətinə müsbət təsir göstərəcək.

Onun sözlərinə görə, 2022-ci ildən bu günədək 104 435 müəllim sertifikatlaşdırma prosesində iştirak edib.

“İlk dəfədir ki, bütün müəllimlər ən azı bir dəfə sertifikatlaşdırmadan keçiblər”, – Emin Əmrullayev vurğulayıb.