“Qalatasaray” Türkiyə millisinin üzvünü transfer etmək istəyir

Baş səhifə

Bakı. Trend:

“Midyullann”ın futbolçusu Aral Şimşir karyerasını ölkəsində
davam etdirə bilər.

Trend Türkiyə
mediasına istinadən xəbər verir ki, “Qalatasaray” türkiyəli vingeri
transfer etmək istəyir.




Danimarka klubu Şimşir üçün 20 milyon avro tələb edir. 23 yaşlı
oyunçu özü İstanbul nəhənginə keçməyə isti yanaşır.

Qeyd edək ki, Aral Şimşir 2017-ci ilin yanvarında “Midyullann”ın
akademiyasına qoşulub. Türkiyə millisinin üzvü 2025/26 mövsümündə
Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 54 rəsmi matçda
12 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.