Kuril adalarında 5 bal gücündə zəlzələ baş verib

Baş səhifə

Bakı. Trend:

İyunun 6-da səhər Kuril adalarının Paramuşir adası yaxınlığında
5 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki,
zəlzələnin episentri Severo-Kurilsk şəhərindən 76 kilometr
cənub-şərqdə yerləşib.




Yeraltı təkanların ocağı 39 kilometr dərinlikdə olub.

Bölgədə sunami təhlükəsi elan edilməyib.