
Bakı.Trend:
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Konstitusiyanın
onun növbəti prezident seçkilərində iştirak etməsinə imkan
verməsinə baxmayaraq, bu perspektivlər barədə danışmaq hələ
tezdir.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
“Doğrudan da, Konstitusiya 2030-cu ildə namizədliyimi irəli
sürməyə imkan verir, amma məncə, bu barədə danışmaq hələ tezdir,
çox tezdir”, – Putin beynəlxalq informasiya agentliklərinin
rəhbərləri ilə görüşdə deyib.
Onun sözlərinə görə, hazırda bu barədə düşünmür, çünki ölkə
qarşısında çoxlu böyük, genişmiqyaslı və kəskin məsələlər
dayanır.
“Sabaha, birigünə qədər sağ çıxıb-çıxmayacağımızı, qarşımıza
qoyduğumuz məqsədlərə nail olmağa sağlamlığımızın
çatıb-çatmayacağını yalnız Tanrı bilir”, – deyə Rusiya lideri qeyd
edib.

