
Bakı. Trend:
İspaniya kralı VI Filipp Şimali Afrikanın sahilində yerləşən
muxtar Seuta şəhərində minlərlə miqrantın daxil olması ilə bağlı
baş verən ciddi hadisələrdən narahatlığını və hiddətini ifadə
edib.
Bu barədə “EFE” agentliyi məlumat yayıb.
Məlumata görə, kral dövlətin muxtar şəhərlərin təhlükəsizliyini
təmin etməli və bu cür hadisələrin təkrarlanmasının qarşısını
almalı olduğunu bildirib.
Kral VI Filipp həmçinin qeyd edib ki, Seuta və Melilya
sakinlərinə İspaniyanın qalan hissəsinin dəstəyini nümayiş
etdirəcək tədbirlərin görülməsi zəruridir.

