
ABŞ Prezidenti Donald Tramp Fransada keçiriləcək G7 sammitində iştirak edəcəyini təsdiqləyib.
APA xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.
ABŞ lideri bildirib ki, Fransaya səfərindən əvvəl Ağ Evin Cənub çəmənliyində keçiriləcək UFC üzrə dünya çempionatı döyüşlərini izləyəcək.
“Mən Fransa G7 sammitinə Amerika tarixinin ən maraqlı axşamlarından birindən – Ağ Evin Cənub çəmənliyində keçiriləcək UFC dünya çempionatı döyüşlərindən dərhal sonra yollanacağam”, – deyə Tramp yazıb.

