
Bu ilin yanvar–may aylarında “Bakı Fond Birjası”nın (BFB) ümumi dövriyyəsi 19,4 milyard manat təşkil edib.
“APA-Economics” bu barədə BFB-yə istinadən xəbər verir.
Hesabat dövründə BFB-də bağlanmış əqdlərin sayı 11 460 təşkil edib. Dövlət qiymətli kağızları üzrə bağlanmış əqdlərin ümumi həcmi 708,4 milyon manat, Mərkəzi Bankın (ARMB) notları üzrə bağlanmış əqdlərin həcmi 602,7 milyon manat, korporativ qiymətli kağızların həcmi isə 205,5 milyon manat, ipoteka istiqrazlarının həcmi isə 407,5 milyon manat olub.
Birjada ən böyük dövriyyə isə repo əməliyyatlarının payına düşüb. Belə ki, yanvar–may aylarında bu alətlər üzrə bağlanmış əqdlərin ümumi həcmi 17,5 milyard manat təşkil edib.

