“Neftçi”nin sabiq prezidenti vəfat etdi

Baş səhifə

Bakı. Trend:

Azərbaycan futbol ictimaiyyətinə ağır itki üz verib.

Trend xəbər verir ki, “Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib. Məlumata
görə, 60 yaşlı keçmiş klub rəhbəri ürək tutması səbəbindən
dünyasını dəyişib.




Xatırladaq ki, S.Sadıqov 2009-2015-ci illərdə “Neftçi”nin
prezidenti olub. Onun rəhbərliyi dövründə “ağ-qaralar” 3 dəfə
Azərbaycan çempionu olub, iki dəfə isə Azərbaycan Kubokunu
qazanıb.