Ebola virusundan ölənlərin sayı açıqlanıb

Baş səhifə

Bakı.Trend:

Konqo Demokratik Respublikası və Uqandada ebola virus xəstəliyi
üzrə təsdiqlənmiş yoluxma halları 397-yə yüksəlib, onlardan 63-ü
ölümlə nəticələnib.

Trend xəbər verir
ki, bu barədə Afrika Xəstəliklərə Nəzarət və Profilaktika
Mərkəzlərinin (Africa CDC) baş direktoru Jan Kaseya bəyanat
verib.




“Son məlumatlara əsasən, 381 hal DKR-də, 16 hal isə Uqandada
təsdiqlənib”, — o, Cenevrədə keçirilən mətbuat konfransında
bildirib.

17 may tarixində Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik
Respublikası və Uqandada Ebola virus xəstəliyinın yayılmasını
ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib. Yayılmaqda
olan Bundibugyo ştammına qarşı təsdiqlənmiş müalicə üsulları və
vaksinlər mövcud deyil. Buna görə də həyati əhəmiyyətli palliativ
tibbi yardım, o cümlədən təcrid etmək , yoluxmuş şəxslərdə maye
itkisinin bərpası və ağrını azaltmaq üçün müdaxilələr xüsusilə
vacib hesab olunur.