Azərbaycanın axtarış sistemləri bazarında “Google”un payı artıb

Baş səhifə

Bakı.Trend:

Cari ilin may ayında “Google” axtarış sisteminin Azərbaycanın
bütün platformlarlarındakı (kompüter, noutbuk, mobil cihazlar, o
cümlədən tabletlər) bazar payı 94,19 faiz təşkil edib.

Trend “Global
Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, bu aprel
ayının göstəriciləri ilə müqayisədə 9,03 faiz bəndi çoxdur.

İkinci yeri tutan “Yandex” brauzeri isə öz bazar payını 7,6 faiz
bəndi azaldıb. Sözügedən brauzerin bazar payı -4,61 faiz təşkil
edir.




Üçüncü yeri tutan “Bing”in bazar payı isə 1,32 faiz bəndi
azalaraq 0,65 faiz təşkil edib.

Dördüncü yerdə gələn “DuckDuckGo”nun bazar payı 0,18 faiz bəndi
azalaraq, 0,19 faiz təşkil edib.

İlk beşlliyi tamamlayan “Yahoo”nun bazar payı isə 0,09 faiz
bəndi azalaraq, 0,13 faiz təşkil edib.