Transsərhəd çaylar məsələsi Ermənistanın sülhə münasibətini nümayiş etdirəcək

Baş səhifə

Bakı. Trend:

Ermənistanın qoşulduğu Espoo Konvensiyası transsərhəd kontekstdə
ətraf mühitə olan təsirlərin qiymətləndirilməsi ilə əlaqədar
BMT-nin beynəlxalq sazişlərindən biridir.

Trend xəbər verir ki,
bunu “Environmental Protection First” Koalisiyasının üzvü, “Ekoloji
Maarifçilik və Monitorinq” İctimai Birliyinin rəhbəri Qəmzə
Yusubova bildirib.

“Espoo Konvensiyasına qoşulan dövlətlər üzərinə götürdükləri
öhdəliklərə əsasən öz ərazilərində qonşu ölkə ilə sərhədə yaxın
yerlərdə həyata keçirdikləri iqtisadi fəaliyyətləri, o cümlədən
mədən sənayesi fəaliyyəti ilə bağlı mütləq şəkildə qonşu ölkənin
ictimaiyyətinə və hökumətinə məlumat verməli, bu fəaliyyətlər üzrə
Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) hesabatlarını
hazırlayıb təqdim etməlidir”, – deyə o bildirib.

Onun sözlərinə görə, təəssüf ki, Ermənistan bu sahədə
öhdəliklərini icra etmir: “Bu gün bölgədə sülh, etimad quruculuğu
tədbirləri görülür. Ermənistanın transsərhəd çayların
çirkləndirilməsini davam etdirməsi sülh gündəliyinə uyğun gəlmir.
Ermənistanda bu barədə ciddi fikirləşməlidirlər”.