Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma

Baş səhifə

Bakı.Trend:

İki smartfondan eyni vaxtda istifadə sağlamlığa mənfi təsir
göstərə və əl ilə bilək xəstəliklərinin yaranması riskini artıra
bilər.

Trend xəbər verir
ki, bu barədə Amerikanın Uayt-Pleynsdəki İxtisaslaşmış Cərrahiyyə
Xəstəxanasının əl terapiyası üzrə mütəxəssisi Nik Maroldi “The New
York Times” nəşrinə bildirib.

Həkimin sözlərinə görə, iki smartfona sahib olmaq düzgün olmayan
erqonomik vərdişlərin formalaşmasına və qadcetlərdən həddindən
artıq istifadənin güclənməsinə səbəb olur. Nəticədə əllərə və
oynaqlara düşən yük artır ki, bu da tendinitin, “tətik barmaq”
xəstəliyinin (Nott xəstəliyi) və karpal tunel sindromunun
inkişafına gətirib çıxara bilər.




Bir neçə smartfondan istifadə tendensiyası getdikcə daha qabarıq
şəkildə müşahidə olunur. “The New York Times” qəzetinin Vorhaus
Advisors şirkətinin araşdırmasına istinadən verdiyi məlumata görə,
ABŞ-də iki smartfona sahib olanların payı 2024-cü ildəki 15 faizdən
2025-ci ildə 18 faizə yüksəlib.

Mütəxəssislər bu tendensiyanı iş və şəxsi həyatı bir-birindən
ayırmaq istəyi ilə əlaqələndirirlər. “Electronic Frontier
Foundation” fondunun kibertəhlükəsizlik direktoru Eva Qalperin qeyd
edir ki, ayrı-ayrı cihazlardan istifadə əməkdaşlara iş və istirahət
arasında balansı qorumağa kömək edir, işəgötürənlərə isə korporativ
məlumatları daha etibarlı şəkildə mühafizə etməyə və əməkdaşların
şəxsi məlumatlarına toxunmamağa imkan verir.