
Bakı. Trend:
FIFA referiləri Əliyar Ağayev və Tural Qurbanov milli
komandaların beynəlxalq yoldaşlıq oyunlarına təyinat alıblar.
Trend xəbər
verir ki, Əliyar Ağayev Minskdə keçiriləcək Belarus – Suriya
matçını idarə edəcək. Belarus millisinə məxsus stadionda baş
tutacaq görüşdə Zeynal Zeynalov və Elşad Abdullayev köməkçi, yerli
referi İhar Şumilau dördüncü hakim funksiyasını yerinə
yetirəcək.
Tural Qurbanov isə Kişineu şəhərində yerləşən “Zimbru”
stadionunda Moldova – Bolqarıstan qarşılaşmasının baş hakimi
olacaq. Ona Akif Əmirəli və Cəmil Quliyev köməklik göstərəcəklər.
Moldovalı Roman Jitari dördüncü hakim kimi fəaliyyət
göstərəcək.
Hər iki oyun iyunun 5-də keçiriləcək.

