
Bakı. Trend:
Təcili tibbi yardım xidmətinin maddi-texniki bazasının
gücləndirilməsi məqsədilə 25 ambulans bölgələrə göndərilib.
Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.
Ağdaş, Abşeron, Lənkəran, Cəlilabad, Sumqayıt, Gəncə, Astara,
Göyçay, Sabirabad, Saatlı, Zaqatala, Bərdə, Samux, Biləsuvar, Qax,
Şirvan, Masallı, Qusar, Beyləqan, Şəki, Neftçala rayon və
şəhərlərinin Təcili tibbi yardım bölmələrinə yeni ambulans və
reanimobillər təhvil verilib.
Avtomobillərdə monitorlu defibrilyator, elektrokardioqraf (EKQ),
pulsoksimetr, qlükometr, böyüklər və uşaqlar üçün AMBU dəstləri,
portativ və stasionar oksigen sistemləri, mexaniki və elektrik
aspiratorlar, vakuum xərək, onurğa taxtası, boyun və hava şinaları,
larinqoskop, ilk yardım çantası və digər zəruri tibbi avadanlıqlar
yerləşdirilib.
İtaliya istehsalı olan İVECO markalı ambulanslar texniki
spesifikasiyasına görə sadə differensiallı standart və reanimobil
təcili tibbi yardım avtomobilləridir.
Təcili tibbi yardım xidmətinə əlçatanlığı tələb olunan səviyyədə
təmin etmək, xidmətin keyfiyyətini artırmaq, resurslardan effektiv
və səmərəli istifadə etmək məqsədilə ambulans parkının bütün ölkə
üzrə yenilənməsi nəzərdə tutulur.
Həyata keçirilən islahatlar çağırışlara çatma müddətinin
əhəmiyyətli dərəcədə azaldılmasını və vətəndaşlara göstərilən tibbi
yardımın keyfiyyətinin daha da yaxşılaşdırılmasını hədəfləyir

