
Bakı.Trend:
Sasseks hersoqu şahzadə Harri əmisi oğlunun toyuna dəvət
edilməyib.
Trend xəbər verir
ki, bu barədə Page Six nəşri yazır.
Şahzadə Harri kral III Çarlzın qardaşı oğlunun oğlu olan Piter
Fillipsin toyunun qonaqları arasında yer almayıb. Monarxın bacısı
şahzadə Annanın 48 yaşlı oğlu Piter Fillips iyunun 6-da tibb bacısı
Harriyet Sperlinqlə evlənəcək.
Kral ailəsi üzrə ekspert Emili Neşin sözlərinə görə, bunun
səbəbi Fillipsin şahzadə Uilyamı onun kiçik qardaşı Harri ilə
yaşadığı münaqişədə dəstəkləməsi ola bilər.
“Düşünürəm ki, məsələ şəxsi münasibətlərlə bağlıdır. Bizə
bildirilib ki, Piter artıq bir neçə ildir Harri ilə ünsiyyət
saxlamır. Onların münasibətlərinin soyuması təbii proses idi və
buna görə də Harri toya dəvət olunmayıb”, — deyə Neş bildirib.

